Şirvanda 4 yaşlı uşağı avtomobil vurub.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Şirvan şəhərində qeydə alınıb. "Chevrolet" markalı avtomobil yola qaçan Şirvan sakini 2020-ci il təvəllüdlü azyaşlını vurub. Azyaşlı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün günorta saatlarında Salyan rayon sakini D.Xankişiyeva idarə etdiyi "Chevrolet" markalı avtomobillə hərəkətdə olan zaman azyaşlını vurub. Hadisə nəticəsində azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.