Siyəzən Rayon Polis Şöbəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
APA xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, qeyd olunan vəzifəyə polis mayoru Cəlilov Rövşən Cəlil oğlu təyin olunub.
Qeyd edək ki, Rövşən Cəlilov bundan əvvəl Siyəzən RPŞ-də xidmət üzrə rəis müavini olub.