Bank Of Baku

Siyəzəndə baş verən qəzada xəsarət alan qadın vəfat edib

Siyəzəndə baş verən qəzada xəsarət alan qadın vəfat edib
# 07 sentyabr 2023 14:18 (UTC +04:00)

Sentyabrın 1-də Siyəzən rayonu ərazisində xəsarət alan şəxslərdən biri vəfat edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq Siyafət Əmirovanın həyatını xilas etmək mümkün olmayıb.

S.Əmirova qəzada dünyasının dəyişən Samir Əmirovun anasıdır.

Qeyd edək ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınan qəzada ata və 3 yaşlı oğlu dünyasını dəyişmiş, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR