Bank Of Baku

Siyəzəndə yol qəzasında ata və 3 yaşlı oğlu ölüb, 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Siyəzəndə yol qəzasında ata və 3 yaşlı oğlu ölüb, 7 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 01 sentyabr 2023 12:11 (UTC +04:00)

Bu gün Siyəzən rayonunda ata və azyaşlı oğlunun öldüyü qəzada 7 nəfər xəsarət alıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlardan ikisi azyaşlıdır. Xəsarət alanlardan 3-ü Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Azyaşlılardan biri Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Xəsarət alanlardan ikisi Bakıdakı Kliniki Tibbi Mərkəzə, biri isə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

***

09.42

Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Ölənlərin Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri - 37 yaşlı Samit Əmirov və onun 3 yaşlı övladı Elnur Əmirli olduğu bildirilir.

Xəsarət alanlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR