Bank Of Baku

Son iki gündə Bakıda qarla əlaqədar olan yol qəzalarının sayı açıqlanıb

Son iki gündə Bakıda qarla əlaqədar olan yol qəzalarının sayı açıqlanıb
# 10 yanvar 2023 09:25 (UTC +04:00)

Bakıda yağan qar səbəbindən iki gündə 50 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-nın sorğusuna Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, Bakı şəhərində ötən gün 35, bu gün indiki saata qədər isə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qəzaların hamısı maddi ziyanla yekunlaşıb. Heç bir hadisədə ölüm və xəsarət halı qeydə alınmayıb”, - İdarənin baş inspektoru vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR