Bank Of Baku

Sosial şəbəkədə saxta iş elanları verən şəxs tutulub - VİDEO

Sosial şəbəkədə saxta iş elanları verən şəxs tutulub - VİDEO
# 23 dekabr 2024 12:27 (UTC +04:00)

Sosial şəbəkələrdə uşaq bağçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitlərini ələ keçirən şəxs müəyyən olunub.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər - 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb.
Müəyyən edilib ki, M.Əmirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırıldıqdan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb.
Şübhəli şəxsən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən bir daha vətəndaşlara tövsiyə edilir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR