Sumqayıt sakininin 21 min manatı dələduzluqla alınıb

Sumqayıt sakininin 21 min manatı dələduzluqla alınıb
# 19 iyul 2024 10:49 (UTC +04:00)

Sumqayıt şəhər sakini olan bir nəfərin aldadılaraq 21500 manat pulunun alınması barədə polisə məlumat daxil olub.

APA DİN-ə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri təbirlərlə dələduzluq əməlində şübhəli bilinən A.Əmrahov saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təbirlərlə isə şəhər sakini olan bir nəfərin 600 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR