Bank Of Baku

Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb, həmyaşıdı müəyyən olunub - YENİLƏNİB

Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb, həmyaşıdı müəyyən olunub - YENİLƏNİB
# 23 dekabr 2024 09:37 (UTC +04:00)

Dekabrın 22-də saat 22 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 15 yaşlı yeniyetmənin ayaq nahiyəsinə kəsici alətlə yüngül xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov APA-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyaşıdı müəyyən olunub.

Hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

Sumqayıt Tibb Mərkəzindən APA-ya bildirilib ki, 2009-cü il təvəllüdlü şəxs (kişi cinsli) dekabrın 22-də saat 16:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Sol budun açıq yarası diaqnozu təyin edilən şəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb

***

08:23

Sumqayıtda 15 yaşlı gənc oğlan bıçaqlanıb.

APA xəbər verir ki, hadisə 42-ci məhəllədə qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü K. Q. münaqişə zamanı tanışı tərəfindən bıçaqlanıb.

Xəsarət alan 15 yaşlı yeniyetmə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR