Bank Of Baku

Sumqayıtda bıçaqlanma hadisəsi olub, ölən və yaralanan var - YENİLƏNİB 2

Sumqayıtda bıçaqlanma hadisəsi olub, ölən və yaralanan var  - YENİLƏNİB 2
# 11 noyabr 2024 05:04 (UTC +04:00)

Sumqayıtda hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA xəbər verir ki, 1992-ci il təvəllüdlü Məmmədov Vüsal Mürsəl oğlu şühhəli şəxs qismində saxlanılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

01:14

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin qonşular arasında olduğu bildirilir.

APA xəbər verir ki, hadisə zamanı həmçinin 1992-ci il təvəllüdlü İsmayılov Zahir Novruz oğlu yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və onun əməliyyat olunaraq vəziyyətinin stabil olduğu bildirilir.

***

23:55

Sumqayıtda bıçaqlanan şəxs xəstəxananın qarşısında ölüb.

APA xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Xəlifzadə Ceyhun Əşrəf oğlu xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR