Bank Of Baku

Sumqayıtda qazdan zəhərlənən fəhlələrin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Sumqayıtda qazdan zəhərlənən fəhlələrin vəziyyəti açıqlanıb - YENİLƏNİB
# 09 iyul 2024 12:06 (UTC +04:00)

Sumqayıtda qazdan zəhərlənən xəstələrin vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən APA-ya verilən açıqlamada qeyd olunub ki, iyulun 8-i saat 18:20 radələrində 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

"Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.

***

08:08

Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.

APA xəbər verir ki,hadisə Stansiya Sumqayıt ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakinləri, 1989-cu il təvəllüdlü Heydərov Rəşad Şahvələd oğlu, 1992-ci il təvəllüdlü Talıbov Valeh Balaş oğlu və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Anar Mütəllim oğlu fəhlə işlədikləri müəssisədə istehsalat qazından zəhərləniblər.

Fəhlələr dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR