Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə "Betonzavod" adlanan ərazidə şirkətlərdən birinin anbarından 3 ədəd qaynaq aparatı, 2 ədəd taxta yonan dəzgah və digər texniki avadanlıqların oğurlanması barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Hacıyev, Vüqar Ağayev və qardaşı Vahid müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.