Bank Of Baku

Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə olunub

Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə olunub
# 14 dekabr 2024 16:49 (UTC +04:00)

Sumqayıt şəhərində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin yataq otağında 6 m² sahədə ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR