Bank Of Baku

Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib

Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib
# 31 oktyabr 2025 17:39 (UTC +04:00)

Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya bildirib ki, oktyabrın 30-da Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

Əməli törədənlər 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar. Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.

Qeyd edək ki, dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatlına görə, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR