Bank Of Baku

Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib - YENİLƏNİB

Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib - YENİLƏNİB
# 09 noyabr 2024 20:34 (UTC +04:00)

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bu barədə APA-ya şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib.

Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.

Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır.
Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib.

***
20:18

Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib.

Bu barərə APA-ya mərhumun qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR