Bank Of Baku

Tərtərdə ev yanıb, bir nəfər yanaraq ölüb

Tərtərdə ev yanıb, bir nəfər yanaraq ölüb
# 09 noyabr 2024 10:10 (UTC +04:00)

Tərtər rayonunun Hacıqərvənd kəndində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 20 m² olan 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR