Bank Of Baku

Təyyarə qəzasında həlak olan 26 yaşlı Balakən sakini dəfn olunub - YENİLƏNİB

Təyyarə qəzasında həlak olan 26 yaşlı Balakən sakini dəfn olunub - YENİLƏNİB
# 27 dekabr 2024 10:55 (UTC +04:00)

Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən biri - Balakən sakini 1998-ci il təvəllüdlü Ramazan Nəriman oğlu Filiyev dəfn olunub.

APA xəbər verir ki, Ramazan Nəriman oğlu Filiyevin nəşi rayonun Şərif kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

09.13

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən, Balakən rayon sakini 1998-ci il təvəllüdlü Ramazan Nəriman oğlu Filiyevin nəşi rayona gətirilərək bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

R.Filiyev bu gün doğulduğu Şərif kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, R.Filliyev iki il əvvəl ailə qurub, onun 10 aylıq oğlu var.

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR