Bank Of Baku

Tovuzda evdə 84 yaşlı kişinin yanmış meyiti tapılıb - FOTO - YENİLƏNİB

Tovuzda evdə 84 yaşlı kişinin yanmış meyiti tapılıb - FOTO  - YENİLƏNİB
# 06 fevral 2026 17:52 (UTC +04:00)

Tovuzda evdə meyiti tapılan 84 yaşlı kişi sobanın üzərinə yıxılaraq aldığı yanıq xəsarətlərindən ölüb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 1942-ci il təvəllüdlü C.Kazımovun dəm qazından zəhərləndiyi, daha sonra huşsuz halda yanan sobanın üzərinə yıxılaraq yanıq xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

17.06

Tovuzda evdə meyit tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Evdə yanmış meyit aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyiti tapılan şəxsin 1942-ci il təvəllüdlü C.Kazımov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR