Tovuzda iki yol qəzası olub, 5 nəfər xəsarət alıb

Tovuzda iki yol qəzası olub, 5 nəfər xəsarət alıb
# 23 oktyabr 2021 21:01 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" ilə "VAZ 2106 " markalı avtomobillər toqquşub.

Qəza zamanı 2001-ci il təvəllüdlü Vüqar Cəfərov və 1986-cı il təvəllüdlü Amin Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Digər qəza isə rayonun Qovlar şəhərində qeydə alınıb.

“NİVA” ilə "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Yeganə Sadıqova, 1954-cü il təvəllüdlü Gülmaya Lahıcova və 1949-cu il təvəllüdlü Çiçək Sadıqova xəsarət alıblar. Hər 3 yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR