Bank Of Baku

Tovuzda maşın aşıb, ölən və xəsarət alanlar var

Tovuzda maşın aşıb, ölən və xəsarət alanlar var
# 15 dekabr 2022 10:49 (UTC +04:00)

Tovuzda avtomobil aşıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun APA-ya verdiyi məlumata görə, rayon Polis Şöbəsinə rayon ərazisində "QAZ 24" markalı avtomobilin idarəetməni itirərək aşması, 5 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

İlkin araşdırmalar nəticəsində Ağstafa rayon sakini, 1967-ci il təvəllüdlü Asim Hacımuradovun idarə etdiyi avtomobilin aşması nəticəsində 1966-cı il təvəllüdlü, Tovuz rayon Əlibəyli kənd sakini Ramiz Aslanov, 1957-ci il təvəllüdlü Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Göyçək Əliyeva, 1983-cü il təvəllüdlü Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Ramil Alıyev, 1997-ci il təvəllüdlü Tovuz rayon Dondar Quşçu kənd sakini Asəf Orucov və 2001-ci il təvəllüdlü Tovuz rayon Dondar Quşçu kənd sakini Hümmət Əliyevin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi və Hümmət Əliyevin ölməsi məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR