Bank Of Baku

Türkiyə səfiri xəstəxanada Binəli Yıldırıma baş çəkib

Cahit Bağçı

© APA | Cahit Bağçı

# 20 oktyabr 2022 23:39 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı xəstəxanada həkim nəzarətində olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma baş çəkib.

APA-nın xəbərinə görə, bu barədə diplomat Tvitter hesabında yazıb.

“Xəstəxanadayıq. Cənab Baş nazirmiz Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçilərinə baş çəkdik. Bütün tibb personalı yaxından maraqlanır. Onların səhhətinin yaxşı olduğu barədə məlumat verildi. Keçmiş olsun” – deyə Bağçı qeyd edib.

Qeyd edək ki, Binəli Yıldırım və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onlar müayinə üçün helikopterlə Bakıya gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR