Bank Of Baku

Ucarda 34 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb öldürüb

Ucarda 34 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb öldürüb
# 28 iyul 2024 16:13 (UTC +04:00)

Ucarda 34 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, bu gün saat 15 radələrində Ucar rayonunun Qazyan kənd sakini, 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovaya kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən R.İsmayılovanın həyat yoldaşı, 1979-cu il təvəllüdlü Kamil Qarayev saxlanılıb.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR