Bank Of Baku

Ucarda mikroavtobusla TIR toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Ucarda mikroavtobusla TIR toqquşub, ölən və xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
# 14 fevral 2023 10:49 (UTC +04:00)

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Çiyni kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mercedes sprinter" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub. Nəticədə, 1 nəfər - Şəmkir rayon sakini, 1994 təvəllüd Orxan Yaşar oğlu Abbasov hadisə yerində ölüb, 6 nəfər xəsarət alıb.
1984-cü il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik kimliyi məlum olmayan daha bir nəfər Ucar Mərkəzi Rayon Xəstəxanasına, 1979-cu il təvəllüdlü Rafiq Vaqif oğlu Qəhrəmanov, 1970-ci il təvəllüdlü Mahirə Hacıyeva və 1963-cü il təvəllüdlü Sevda Məmmədova isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

***

09.19

Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Çiyni kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub.

Nəticədə, 1 nəfər hadisə yerində ölüb, 3 nəfər isə yaralanıb. Xəsarət alanların 1979-cu il təvəllüdlü Rafiq Vaqif oğlu Qəhrəmanov, 1970-ci il təvəllüdlü Mahirə Hacıyeva və 1963-cü il təvəllüdlü Sevda Məmmədova olduğu bildirilir.

Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi də qəza barədə məlumat yayıb.

Qeyd olunub ki, bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 231-ci km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Mercedes" markalı 77-JC-239 dövlət nömrə nişanlı yük avtomobili Bakı istiqmətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan "Mercedes Sprinter" markalı 90-LE-831 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR