Bank Of Baku

Vəkil Elçin Sadıqov Rasim Məmmədovun müdafiəsindən kənarlaşdırılıb - YENİLƏNİB

Elçin Sadıqov

© APA | Elçin Sadıqov

# 14 oktyabr 2022 18:10 (UTC +04:00)

Vəkil Elçin Sadıqov “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun hüquqlarının müdafiəsindən uzaqlaşdırılıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda bununla bağlı qərar elan olunub.

Hakim prosesdə vəkilin iştirakına xitam verilməsini Elçin Sadıqov haqqında ev dustaqlığı qərarının şərtləri ilə əsaslandırıb: “Elçin Sadıqovun həbsdən ev dustaqlığına buraxılması haqda Bakı Apellyasiya Məhkəməsinin şərtlərindən biri budur ki, o, barəsindəki cinayət işi üzrə prosesin iştirakçıları ilə ünsiyyətdə ola bilməz”.

Hakim bildirib ki, “Baku Steel Company”nin keçmiş rəhbəri də Sadıqovun ittiham olunduğu cinayət işi üzrə iştirakçılardandır. Hətta sentyabrda məhkəməyə Baş Prokurorluqdan sorğu göndərilib ki, Rasim Məmmədovun həmin cinayət işi üzrə istintaq prosesində iştirakına icazə verilsin. Məhkəmə də buna icazə verib.

Rasim Məmmədov Elçin Sadıqovun müdafiəçi kimi məhkəmədə iştirak etməli olduğunu deyib.

***

12.18

“Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqov məhkəməyə buraxılmayıb.

APA xəbər verir ki, vəkil iclasda iştirak etmək istəsə də, onun zala daxil olmasına imkan verilməyib.

Bundan əvvəlki iclasda isə vəkil məhkəməyə gecikdiyi üçün prosesə buraxılmayıb.

Xatırladaq ki, Elçin Sadıqov bir müddət əvvəl “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birgə həbs olunub.

Vəkil Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Elçin Sadıqov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR