"Vietnam Airlines" aviaşirkətinin Frankfurt-Xoşimin reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən APA-ya bildirilib ki, "Boeing B787" təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.
Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.