Bank Of Baku

Xaçmazda ağır qəza nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB 2

Xaçmazda ağır qəza nəticəsində ölənlərin sayı 3-ə çatıb  - YENİLƏNİB 2
# 06 noyabr 2024 04:24 (UTC +04:00)

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verən qəzada ölənlərin sayı 3-ə çatıb.

APA xəbər verir ki, "BMW" markalı avtomobilin çaya düşməsi nəticəsində Anar Məmmədov da hadisə yerinde ölüb.

Onun meyiti qəzaya uğrayan avtomobildən kənarda aşkarlanıb.

***

02:56

Xaçmazda qəza nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

APA-nın Şimal bürosu xəbər verir ki, "BMW" markalı avtomobilin yoldan çıxaraq Ağçaya düşməsi nəticəsində sürücü 33 yaşlı Vüsal Bayramov və sərnişini 41 yaşlı Samir Mənsumov hadisə yerində ölüblər.

***

01:26

Xaçmaz rayonunda avtomobil çaya düşüb.

APA-nın Şimal bürosu xəbər verir ki, "BMW" markalı minik avtomobili Ağçaya düşüb.

Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər hadisə yerində ölüb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR