Bank Of Baku

Xaçmazda qəzada ölən piyadanın kimliyi məlum olub - YENİLƏNİB

Xaçmazda qəzada ölən piyadanın kimliyi məlum olub  - YENİLƏNİB
# 05 noyabr 2024 23:29 (UTC +04:00)

Bu gün günorta saatlarında Xaçmaz şəhərində "Xaçmaz dairəsi" adlanan ərazidə "Kamaz" markalı yük avtomobili piyada kişini vurub.

APA-nın Şimal bürosu xəbər verir ki, cəsədin Quba rayonunun Vəlvələ kənd sakini 75 yaşlı Cəbrayıl Zamanlıya aid olduğu müəyyənləşdirilib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

***

12:20

Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə bu gün Bakı prospektində qeydə alınıb.

Yolu keçmək istəyən piyadanı yük avtomobili vurub. Nəticədə ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Hazırda onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR