Bank Of Baku

Xarici QHT nümayəndələri və ekspertlər Edillidəki kütləvi məzarlığa baxış keçirib - FOTO - VİDEO

Xarici QHT nümayəndələri və ekspertlər Edillidəki kütləvi məzarlığa baxış keçirib - FOTO  - VİDEO
# 15 oktyabr 2022 13:19 (UTC +04:00)

Bu gün Çexiya, Hollandiya, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT və öz ölkələrinin parlamentində çalışan nümayəndə heyətinin Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlığa səfəri olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, səfər iştirakçılarına Birinci Qarabağ müharibəsi zamanı ermənilərin əsir və girov götürdüyü azərbaycanlıları öldürüb kütləvi dəfn etdikləri və bu günədək həmin məzarlıqların xəritələrinin təqdim edilmədiyi bildirilib.

O da deyilib ki, həmin illərdə itkin düşən 4 min nəfərədək soydaşımız barədə Ermənistan indiyə qədər də heç bir məlumat vermir.

Qeyd edək ki, bu il sentyabrın 14-də Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda 12 nəfərin meyitinin qalıqları aşkarlanıb.

Qalıqları tapılan şəxslərin Birinci Qarabağ müharibəsində Ermənistan silahlı birləşmələri tərəfindən öldürülmüş azərbaycanlı əsirlər olduğu açıqlanıb.

Qalıqların üzərində və yanında aşkarlanan əşyalar öldürülmüş əsirlərin hərbçilər olduğunu söyləməyə əsas verir.

Bu ilin fevral ayında Edilli kəndində başqa bir bir kütləvi məzarlıqda 6 nəfərin cəsədi, martın 29-da Xocalı rayonunun Fərrux dağında isə bir kütləvi məzarlıqda 3 nəfərin cəsədi aşkarlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR