APA-nın nazirliyin saytına istinadən verdiyi məlumat görə, avqustun 10-da Xəzər rayonunun Şüvəlan dəniz çimərliyində, Xırdalan şəhər sakini Malik Səfərov və oğlu Elçin çimərkən suda boğulublar. Elçin xilas edilərək xəstəxanaya yerləşdirilib, atasının meyiti isə sudan çıxarılaraq ailəsinə təhvil verilib.
***
saat 10:53
Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir nəfər dənizdə batıb.
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Şüvəlan çimərliyində qeydə alınıb. 67 yaşlı Malik Səfərov dənizdə çimərkən boğularaq ölüb.
Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.