Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində mənzildən içərisində 10 min manatlıq qızıl olan seyf oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Oqtay İbrahimova məxsus evdən içərisində 10 000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayan Sumqayıt şəhər sakini Emil Əliyev yaxalanıb.