Bakıda qaraj, Şabranda isə mikroavtobus yanıb

Bakıda qaraj, Şabranda isə mikroavtobus yanıb
# 04 iyul 2016 21:45 (UTC +04:00)

Bakı-APA. Bakıda və Şabranda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan qarajın yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan qarajın içərisində olan vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin qabaq buferi və güzgüsü deformasiyaya uğrayıb. Bitişik digər qaraj və avtomobil yanğından mühafizə olunub.

Şabran rayonu, Taxtakörpü kəndində isə vətəndaşa məxsus "Ford" markalı sərnişin mikroavtobusunun mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından muhafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR