Bakıda sökülməkdə olan binada yanğın olub.
APA-nın məlumatına görə, hadisə saat 18.40 radələrində Nəcəfqulu Rəfiyev küçəsində yerləşən istifadəsiz və sökülməkdə olan inzibati binada qeydə alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb və yanğın söndürülüb.