Əvvəllər məhkum olunmuş şəxsdən saxta pul götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini Vüsal Əlizadədən 6 ədəd 100 manatlıq saxta əsginas götürülüb.
Onun əvvəllər məhkum olunduğu bildirilir.