Bakı. Hafiz Heydərov - APA. Azərbaycan dövlət büdcəsindən gələn il üçün müdafiə sektoruna ayrılan vəsaitin məbləği açıqlanıb.
APA-nın məlumatına görə, müdafiə sektoruna 2017-ci ilin dövlət büdcəsi xərclərinin 17,4 faizi həcmində və ya 2,9 milyard manat vəsait ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 187,0 milyon manat və ya 6,9 faiz çoxdur.