Bakı. Şəhriyar Əlizadə - APA. Mingəçevir şəhərində qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, naməlum şəxs, şəhər sakini Arzu Rəhimovaya zor tətbiq edib içərisində 160 manat olan çantasını alıb. Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Nail Yusifov tutulub.
Faktla bağlı araşdırma aparılır.