GÜNÜN ŞƏRHİ
Rusiyanın Suriyadan hərbi kontingenti çıxarması ölkənin gələcəyinə dair danışıqlarda Əsəd və İranın mövqelərini zəiflədəcək. Bu amil İran və Rusiya arasında gizli ziddiyyətlərin üzə çıxmasına səbəb ola bilər. “C-300” problemi yaşandıqdan sonra Rusiyanın Suriya siyasətində 180 dərəcə dəyişiklik Tehranı Suriya məsələsində ciddi bir müttəfiqdən məhrum edib. Buna görə də Rusiyanın Suriyanı tərk etməsi ilə İranın hasilatı azaltmaq barədə danışıqlardan imtinası arasında bağlılıq olmamış deyil. İranın qərarı ilk növbədə Rusiyanın addımlarına etirazdır. Neft hasilatının aşağı salınması qiymətlərin bahalaşmasına səbəb ola bilər və bu, iqtisadi çöküş yaşayan Rusiyanın üçün əsas ümid yeridir. Moskva Əsədi Qərbə daha baha qiymətə satmaq istəyir, əvəzində neftin qiymətinin bahalaşmasına və sanksiyaların yumşaldılmasına nail olmaq arzusundadır. Məntiqi baxımdan Qərb-Rusiya razılaşmasının nəticəsi olaraq neftin bahalaşması hasilatı sürətlə artıran İranın maraqlarına cavab verir. Tehran hasilatı indiki səviyyədə saxlasa belə, qiymətlər qalxarsa, gəlirləri azalmayacaq. Bu baxımdan Tehranın hasilatla bağlı qərarı sadəcə jest və etirazdır. İran bu siyasəti ilə Rusiyanı həm əvvəlki cizgiyə qaytarmaq istəyir, həm də mövcud şəraitdə Kremldən daha geniş manevr imkanlarına sahib olduğunu göstərir.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 Mart
16 mart 2016 18:10 (UTC +04:00)
Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024