Bakı. Fuad Cəfərov - APA. Şərur rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 24-də Şərur rayonunun Dizə kənd sakini Kəmalə Əyyubzadə ehtiyatsızlığı nəticəsində Arpaçay çayına yıxılaraq suda boğulub. Onun meyiti avqustun 25-də sudan çıxarılıb.