Şirvan. Əlibəy Zeynallı-APA. Bu gün günorta saatlarında Şirvan şəhəri ərazisində baş vermiş qəzada iki nəfər yaralanıb.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, günorta saatlarında Şirvan şəhəri ərazisində Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində Şirvan sakini, 1978-ci il təvəllüdlü Qurbanov Rəşad Kamil oğlu idarə etdiyi VAZ -2107 markalı 10 NU 322 dövlət nömrə nişanlı avtomobillə Sabirabad rayon Nizami kənd sakini, 1982-ci il təvəllüdlü Əmiraslanov Rüfət Oqtay oğlunun idarə etdiyi VAZ- 2106 markalı 18 BC 777 dövlət nömrə nişanlı maşınla toqquşub.
Qəza nəticəsində zərbənin gücündən VAZ- 2106 markalı avtomobil yolun kənarında dayanan yük maşınına çırpılıb. Hər iki sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.
Şirvanda baş verən qəzada hər iki sürücü yaralanıb - VİDEO
17 noyabr 2013 12:38 (UTC +04:00)
Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024