Tovuzda 5 yaşlı uşağı maşın vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb. 2013-cü il təvəllüdlü Əhmədov Nihad Əhməd oğlunu avtomobil vurub.
N.Əhmədov Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Gəncədə yerləşən tibb ocaqlarının birinə göndərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.