Bank Of Baku

Xocavənddə növbəti dəfə insan sümükləri aşkarlanıb - VİDEO

Xocavənddə növbəti dəfə insan sümükləri aşkarlanıb - VİDEO
# 17 oktyabr 2022 17:02 (UTC +04:00)

İşğaldan azad edilmiş Xocavənd rayonunun Ərəkül kəndi ərazisində təmir tikinti işləri ilə məşğul olan işçilər tərəfindən insan sümükləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya bildirib ki, məlumat daxil olduqdan dərhal sonra Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib.

“İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub. Hazırda araşdırma aparılır", - DİN rəsmisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR