Bank Of Baku

Yasamalda 87 yaşlı qadına qarşı soyğunçuluq edilib, keçmiş məhkum saxlanılıb

Yasamalda 87 yaşlı qadına qarşı soyğunçuluq edilib, keçmiş məhkum saxlanılıb
# 29 iyul 2024 12:45 (UTC +04:00)

Yasamalda 87 yaşlı qadına qarşı soyğunçuluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

APA DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən 87 yaşlı qadın iyulun 26-da günorta saatlarında Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığında bir nəfərin ona zor tətbiq edərək içərisində 65 manat pulu və mobil telefonu olan çantasını taladığını bildirib.

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı Səməd Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR