Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, noyabrın 1-də saat 19 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində şəhər sakini M.Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini İsrəfil Gülalıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.