Bank Of Baku

Yevlaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Yevlaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 07 dekabr 2025 23:54 (UTC +04:00)

Yevlaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Yevlax rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, "Mitsubishi" markalı minik maşını idarə etmədən çıxaraq yol kənarındakı dəmir çəpərə çırpılıb.

Qəza nəticəsində 52 yaşlı Vüqar Şamilov, 40 yaşlı Amilə Gülmalıyeva, 72 yaşlı Firuzə Bayramova və 19 yaşlı Aytac Bayramova xəsarət alıb.

Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, Bakı-Qazax magistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar dekabrın 7-də saat 14:00 radələrində 4 nəfər (3 qadın, 1 kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR