Bank Of Baku

Yevlaxda iki maşın toqquşub, 1 nəfər ölüb

Yevlaxda iki maşın toqquşub, 1 nəfər ölüb
# 13 sentyabr 2023 10:22 (UTC +04:00)

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Qaraoğlan kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Reno” və “Chevrolet” markalı 2 minik avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR