Zaqatalada bıçaqlanma hadiəsis baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dünən saat 23 radələrində rayonun Mosul kəndində qeydə alınıb.
2000-ci il təvəllüdlü Seymur Əsgərov aralarında yaranan mübahisə zamanı 1994-cü il təvəllüdlü Əhmədov Rasim Nurməhəmməd oğluna bıçaqla xəsarətlər yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Seymur Əsgərov ilkin ifadəsində Rasim Əhmədovu söyüş söydüyü üçün bıçaqladığını bildirib.
Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.