Zaqatalada Gürcüstan Respublikasına məxsus maşın aşıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 2 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd-magistral yolunun Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi, xaricdə istehsal edilən minik avtomobillərini daşıyan maşın hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə dəyib. Daha sonra maşın yolun kənarındakı çökəkliyə aşıb. Qoşquda olan minik avtomobillərinə ciddi ziyan dəyib. Elektrik dirəyinin aşması nəticəsində magistral yolun işıqlandırılmasında fasilə yaranıb.
Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.