Bank Of Baku

Ziya Bünyadov prospektində qəza olub, sıxlıq yaranıb

Ziya Bünyadov prospektində qəza olub, sıxlıq yaranıb
# 06 sentyabr 2023 15:12 (UTC +04:00)

Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən xəbərə görə, nəticədə də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Bununla yanaşı, Ziya Bünyadov prospekti və Azadlıq prospektlərinin kəsişməsində yolda texniki nasaz avtomobilin qalması da sıxlığın yaranmasına səbəb olub. Hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var. Hər iki yolda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR