Ölkələrimiz arasında strateji tərəfdaşlıq və əməkdaşlığın bundan sonra da genişləndirilməsi hamımız üçün əhəmiyyətlidir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Türkiyə-Gürcüstan-Azərbaycan müdafiə nazirlərinin birgə mətbuat konfransında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, qlobal və regional təhdidlərin ciddi şəkildə artdığı bir dövrdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında inkişaf etdirilən bu əməkdaşlıq digər ölkələr üçün də nümunə olacaq səviyyədədir: “İnanıram ki, inkişaf etdirdiyimiz bu əməkdaşlıq bölgədə davamlı sülh və sabitliyə ciddi şəkildə töhfələr verəcək”.