ANAMA: Azad olunmuş ərazilərdə daha 190 mina aşkarlanıb

ANAMA: Azad olunmuş ərazilərdə daha 190 mina aşkarlanıb
# 26 sentyabr 2022 15:16 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, sentyabrın 19-dan 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 46 piyada əleyhinə mina, 144 tank əleyhinə mina və 267 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 457 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR