Bank Of Baku

Anar Eyvazov: Ermənistan Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub, vəziyyət gərgin olaraq qalır

Anar Eyvazov

© APA | Anar Eyvazov

# 14 sentyabr 2022 18:00 (UTC +04:00)

Ermənistanın niyyəti bəllidir. Ermənistan terror-təxribat törətməkdə davam edib, Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə məruz qoyub.

APA xəbər verir ki, bunu Ermənistanla sərhədindəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər Laçın və Daşkəsəndə olan bölmələrini atəşə tutub.

Onun sözlərinə görə, Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur.

Anar Eyvazov qeyd edib ki, Ordumuz tərəfindən cavab tədbirləri görülüb. Hazırda vəziyyət gərgin olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR