“Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, tədbirin təşkilatçıları qonaqları salamlayaraq onları ölkələrində görməkdən məmnun olduqlarını bildirib, komandalara yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Konsert proqramı iştirakçı ölkələrin nümayəndələri tərəfindən maraqla qarşılanıb.